“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində keçirəcəyi oyunların vaxtı bəlli olub.

Offsideplus.az xəbər verir ki, bunu Zaqreb “Dinamo”sunun mətbuat xidməti açıqlayıb.

Xorvatiya çempionu ilə ilk görüş avqustun 20-də baş tutacaq. Zaqrebdəki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bakıda keçiriləcək cavab görüşü ayın 28-də keçiriləcək. Matçın start fiti saat 20:45-də veriləcək.

Qeyd edək ki, bu cütün qalibi Çempionlar Liqasının, məğlubu Avropa Liqasının Liqa mərhələsində oynayacaq.