"Ludoqorets"i məğlub edərək Çempionlar Liqasında pley-offa yüksələn "Qarabağ"ın rəqibi "Dinamo" (Zaqreb) olacaq.

Offsideplus.az xəbər verir ki, ilk oyun avqustun 20-də səfərdə baş tutacaq. Cavab oyunu isə 27 avqustda Bakıda keçiriləcək. 

Qeyd edək ki, "Qarabağ" "Dinamo"nu mübarizədən kənarlaşdırsa, Çempionlar Liqasında Liqa mərhələsinə yüksələcək.