Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinə yekun vurulub.

Offsideplus.az xəbər verir ki, təmsilçimiz "Qarabağ" səfərdə "Ludoqorest"in qonağı olub. Bakıda 1:2 hesabı ilə uduzan Ağdam təmsilçisi Bolqarıstanda 7:2 hesabla qalib gələrək mərhələ adlayıb.

Qeyd edək ki, "Qarabağ"ın ÇL-nin pley-offundakı rəqibi Zaqreb “Dinamo”sudur.

Çempionlar Liqası

III təsnifat mərhələsi

Cavab oyunu

13 avqust

22:00. “Ludoqorets” - “Qarabağ” 2:7

Baş hakim: Simone Sozza (İtaliya)

Razqrad. Ludoqorets Arena

İlk oyun – 2:1