Azərbaycan klubları avrokubokların hər üç turnirinə vəsiqə qazana biləcəklər.

Offsideplus.az xəbər verir ki, 2024/25 mövsümündən etibarən Azərbaycanı UEFA bayrağı altında keçirilən mötəbər yarışlarda 1 komanda Çempionlar Liqasında, 1 komanda Avropa Liqasında (ölkə kubokunun qalibi), 2 komanda isə Konfrans Liqasında təmsil edəcək.

Qeyd edək ki, hazırda ölkəmizi Çempionlar Liqasında yalnız Premyer Liqanın qalibi olmuş komanda təmsil edir. Digər üç klub isə Konfrans Liqasında mübarizə aparır. Növbəti mövsümdən isə artıq Azərbaycan Kubokunun qalibi olacaq komanda Avropa Liqasına vəsiqə qazanacaq.

Tam siyahı ilə burada tanış ola bilərsiniz.

al1