UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları davam edir.

Offsideplus.az xəbər verir ki, "Neftçi" 1-ci təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tbilisi) klubu ilə qarşılaşıb.

Boris Payçadze adına “Dinamo Arena”da keçirilən matçda "Neftçi" 2:1 hesabı ilə qalib gəlib. Bununla da, komanda 7 illik fasilədən sonra ÇL-də qüvvəsini sınayıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 14-də Bakıda keçiriləcək. Bu cütün qalibi 2-ci təsnifat mərhələsində Yunanıstan "Olimpiakos"u ilə üz-üzə gələcək. Məğlub tərəf isə mübarizəni Konfrans Liqasında davam etdirəcək.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyun

20:00. "Dinamo" Tbilisi (Gürcüstan) - "Neftçi" (Azərbaycan) 1:2

Qol: Namik Ələskərov, 23, Maruşiç, 36, Emin Mahmudov, 57-pen

"Dinamo": Kvasxvadze, Sporkslede, Xvadqiani, Papava (k), Qbenyon, Xarabadze, Radin, Kardava, Kuçiya, Marusiç, Qabedava

"Neftçi": Aqil Məmmədov, Voislav Stankoviç, Mamadu Mbodj, Mert Çelik, Yusuf Laval, Sabir Buqrin, Mamadu Kane, Emin Mahmudov (k), Harramiz Suares, Namik Ələskərov, Sezar Meza Kolli