UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin "Neftçi" və "Dinamo" komandaları arasında baş tutacaq cavab oyununa hakim təyinatları bəlli olub.
Offsideplus.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı moldovalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Dumitri Muntean olacaq. Ona həmyerliləri Vlad Lifçu və Vadim Vikol yardım edəcək. Dördüncü hakim funksiyasını isə Qabriel Tupiçika yerinə yetirəcək.
Qeyd edək ki, "Dinamo" və "Neftçi" arasında ilk oyun iyulun 7-si saat 20:00-da, cavab görüşü isə iyulun 14-ü saat 21:00-da baş tutacaq.