Çempionlar Liqasının 1/8 final mərhələsinin "Ateltiko" - "Çelsi" görüşündə Olivye Jirunun meydan sahiblərinin qapısına vurduğu möhtəşəm qol gecənin bəzəyi oldu.
Fransız forvardın tullanaraq başı üzərindən aşırdığı top çoxlarının gözləmədiyi halda qapı toruna qovuşdu.
Offsideplus.az xəbər verir ki, Jiru jurnalistlərlə söhbətdə həmin qolu təsvir etməkdə çətinlik çəkib. Futbolçunun UEFA-nın rəsmi saytına verdiyi açıqlamaya diqqət yetirək: "Qolla bağlı nə deyəcəyimi bilmirəm. Topun gəliş traektoriyası və yer aldığım mövqe eləydi ki, o an yalnız aşırma zərbə vurmaq lazım idi. Düşünməyə vaxtım olmadı, dərhal vurdum. Topun qapı toruna daxil olduğu anı görmək xoş idi. Açığı, oyundankənar vəziyyət haqda qətiyyən düşünmədim. Meyson Maunt topa toxunmadığını dedi mənə".