"Real"ın çalışdırıcısı Zinəddin Zidan Çempionlar Liqası tarixində ən yaxşı baş məşqçisi seçilib.
Offsideplus.az xəbər verir ki, "Squawka" versiyasına əsasən, fransalı mütəxəssis ÇL-in kubokunu ardıcıl 3 dəfə qazandığı üçün bu ada layiq görülüb. O, 2016, 2017 və 2018-ci illərdə "Real"la ÇL-in qalibi olub.
İkinci pillədə "Mançester Siti"nin hazırkı baş məşqçisi Xosep Qvardiola qərarlaşıb. O, “Barselona” ilə Çempionlar Liqasında iki dəfə - 2009 və 2011-ci illərdə kubok qazanıb. "Milan" və "Real"la ÇL-in qalibi olan "Everton"un hazırkı çalışdırıcısı Karlo Ançelotti 3-cü olub.