"Liverpul"un futbolçusu Vircil van Deyk Çempionlar Liqasının yarımfinalında "Barselona"ya qarşı keçirəcəkləri cavab oyunu barədə danışıb.
Offsideplus.az xəbər verir ki, o, görüşün çətin keçəcəyini deyib: "Rəqib yaxşı formadadır. Onlar özlərini yaxşı hiss edir və oyuna hazırlaşmağa çox vaxtları var .Ancaq biz də son zamanlar yaxşı oynayırıq. Özümüzə güvənirik və qisas almağa hazırıq".
Qeyd edək ki, "Liverpul" - "Barselona" görüşü mayın 7-i keçiriləcək. Bu komandalar arasında ilk qarşılaşma Kataloniya klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.(qol.az)