11-12 noyabrda Macarıstanın Dyör şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə yeniyetmələr arasında Avropa Kuboku baş tutacaq.

Offsideplus.az xəbər verir ki, turnirdə 27 ölkədən 527 idmançı iştirak edəcək.

Azərbaycan yarışda oğlanlar arasında 7 çəki dərəsində 32 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçulara yeniyetmələrdən ibarət milli yığmanın məşqçisi Nicat Şıxəlizadə rəhbərlik edəcək.

Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri İslam Nəcəfquluyev, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimlər Akif Tahirov və Fariz Hüseynov ədalət təmsilçiləri arasında yer alacaq.

-50 kq.
Emil Səfərov
İsmayıl Vəlizadə
Sahib Məmmədov

-55 kq.
Telman Abdullayev
Şirin Hüseynov

-60 kq.
Ayxan Ələkbərov
Vasif Səfərov
Ziya Quliyev
Özqan Quliyev
Yusif Abbasov

-66 kq.
Səid Şərifov
Əli Hümbətov
Ümud Qurbanov
Kənan Sadıqov
Əmir Kəlbixanov
Üzeyir Məmmədov
Fərrux Mehdiyev
Sadiq İskəndərov
Mehdi Məmmədov
Muhammad Şıxəlili
Səid Poladov

-73 kq.
Ağabala Bağırov
Əhməd Mehdiyev
Şamil Sadiqov
Osman Səlimov
Rza Satulayev
Nihad Yahyayev

-81 kq.
Canpolad Əliyev
Əli Qazıməmmədov
Əmir Xəzriyev
Emin Şirinov

-90 kq.
Tunar Fərzəliyev