Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli cüdoçumuza qızıl medalın təqdim olunduğu mərasimdə iştirak edib. 

Offsideplus.az xəbər verir ki, Fransada keçirilən Avropa çempionatında qızıl medal qazanan cüdoçumuz Zelim Kotsoyevin (-100 kq) təltif etmə mərasimində keçmiş cüdoçu, Elnur Məmmədli də qatılıb.

Qeyd edək ki, daha öncə çempionatın ikinci günündə Hidayət Heydərov (-73 kq.) rəqiblərini üstələyərək, üçqat qat Avropa çempionu titulunu qazanıb.