Azərbaycanın 18 yaşadək oğlanlar və qızlardan ibarət basketbol milliləri Avropa çempionatının C divizionunda bu gün final matçlarına çıxacaqlar.

Offsideplus.az xəbər verir ki, qızlardan ibarət yığma meydan sahibi Kosovo ilə üz-üzə gələcək.

Kişilərdən ibarət komandanin isə rəqibi Lüksemburq olacaq.

Qarşılaşmalar müvafiq olaraq Bakı vaxtı ilə saat 21:30-da və 21:00-da start götürəcək.