Cəbəllütariqdə 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatının C divizionunda millimizin ikinci qrup oyunu baş tutub. 

Offsideplus.az xəbər verir ki, yığmanın bu dəfəki rəqibi Gürcüstan seçməsi olub. 

Komanda yekunda rəqibini 97-40 hesablı ilə məğlub edib. Bu qələbə ilə milli yarımfinala vəsiqəni təmin ediblər. Basketbolçularımızın qrupdakı sonuncu oyunu Kipr yığmasına qarşı olacaq.

Azərbaycan ilk oyunda Ermənistanı 86-59 hesabı ilə məğlub etmişdi.