Ardıcıl ikinci dəfə Azərbaycan Basketbol Liqasının qalibi olan “Sabah” ölkə tarixində ilk dəfə FIBA Çempionlar Liqasında iştirak edəcək.

Masazır təmsilçisinin üzvü Əlikamran Məmmədov Offsideplus.az-a açıqlamasında yaxşı mövsüm keçirdiklərini dedi:

"Düşünürəm ki, pozitiv il keçirdik. Qarşıya qoyulan hədəflərin bəzilərinə çatdıq. ABL-nın qalibi olduq. Komandamız inkişafdadır. Olduqca yaxşı məşqçimiz var. Rimas Kurtinaytisin təyinatı doğru addım idi. Buna görə rəhbərliyə təşəkkür edirəm. Onun gəlişindən sonra qeyd etdiyim kimi "Sabah" inkişaf edir".

Komanda ilə bir illik yeni müqavilə imzalayan basketbolçu başqa təkliflərin də olduğunu dedi:

"Sabah" ilə yeni saziş bağladım. Təkliflər var idi, lakin nəzərdən keçirmirdim. Burada qalmağı seçdim. Bizi qarşıda çətin oyunlar gözləyir. Bildiyiniz kimi, Çempionlar Liqasının təsnifatının 1/4 finalında "Norrkoping Dolphins"la qarşılaşacağıq. Rəqiblər haqda nəsə demək çətindir. Basketbol ona görə maraqlıdır ki, oyunun nəticəsini əvvəlcədən təxmin etmək olmur".