Beynəlxalq dərəcəli hakimimiz Eldar Zülfüqarov qadınlar arasında oturaq voleybol üzrə WPV (Dünya Para Voleybol) Super 6 oyunlarına təyinat alıb. 

Offsideplus.az xəbər verir ki, o, 8-17 iyun tarixlərində Fransanın  Nansi şəhərində keçirilən turnirin əvvəlki oyunlarında hakimlik edib. Bu gün isə yarışın final qarşılaşması keçiriləcək. Həmyerlimiz ABŞ və Çin yığmaları arasında baş tutacaq bu qarşılaşmada ikinci hakim olacaq. Görüşün birinci hakimi sloveniyalı Ema Vrataricdir.