Bosniya və Herseqovinada keçirilən minifutbol üzrə Avropa çempionatında bütün 1/4 finalçılar bəlli olub.

Offsideplus.az xəbər verir ki, millimiz Qazaxıstanla üz-üzə gələcək.

Meydan sahibləri turnirin favoritlərindən Rumıniya ilə qarşılaşacaq. Digər cütlərdə Monteneqro – Fransa və Serbiya – Belçika görüşləri baş tutacaq.

Qeyd edək ki, Avropa çempionatına iyunun 8-də yekun vurulacaq.

Avropa çempionatı, 1/8 final
5 iyun

Rumıniya – Gürcüstan – 3:0
Serbiya – Macarıstan – 4:1
Qazaxıstan – Sloveniya – 1:0
Ukrayna – Fransa – 2:3
Azərbaycan – Bolqarıstan – 3:1
Monteneqro – Polşa – 4:2
Bosniya və Herseqovina – Çexiya – 2:2, pen. 5:4
Slovakiya – Belçika – 1:1, pen. 1:2

1/4 final
6 iyun

Monteneqro – Fransa
Rumıniya – Bosniya və Herseqovina
Serbiya – Belçika
Azərbaycan – Qazaxıstan