Çinin Çendu şəhərində keçirilən 31-ci Yay Universiadasında kişilərdən ibarət komandalar arasında voleybol yarışlarına start verilib.

Offsideplus.az xəbər verir ki, turnirin debütantı olan Azərbaycan yığma komandası qrup mərhələsinin ilk oyununda Ukrayna ilə qarşılaşıb və 0:3 hesabı ilə uduzub.

Azərbaycan- Ukrayna - 0:3 (21:25, 20:25, 21:25)

Qeyd edək ki, Azərbaycan qrupda digər oyunlarının Yaponiya və Çinə qarşı keçirəcək.