Noyabrın 23 qaydasız döyüş sevənlər maraqlı duelin şahidi olacaqlar.

Offsideplus.az xəbər verir ki, həmin gün rusiyalı Müslüm Salıxovla çinli Sonq Kənan üz-üzə gələcək.

Qarşıdurma Çinin Makaoda şəhərində keçiriləcək. 

40 yaşlı rusiyalı qarışıq növdə 20 qələbə qazanıb. 5 döyüşdə uduzub.

35 yaşlı çinli isə 22 görüşdən 8-də məğlub olub.