"Samsunspor" prezidenti Yüksel Yıldırım "Fənərbağça"ya transfer olunan və Superkubok oyununda keçmiş komandası ilə qarşılaşan Antoni Musabaya sərt sözlər söyləyib.
Offsideplus.az xəbər verir ki, Yıldırım Musabanın klubdan ayrılarkən vida etməməsini və oyundan sonra davranışlarını tənqid edib, futbolçunu “pulpərəst şoumen” adlandırıb:
“Antoni Musaba çox kobudluq etdi. Komandaya, məşqçiyə, bizə vida etmədi. Klub olaraq ona təşəkkür mesajı yayımlamışdıq, amma dünən oyundan sonra onu sildik. Dünyada heç bir oyunçu keçmiş komandaya qol vuranda sevinmir belə. Dünən şok oldum — qollardan sonra rəqs edir, azarkeşi coşdurur. Tamamilə paracı bir oyunçudur. Üstəlik, oyundan sonra canlı yayımda ağlayır. Deyir ki, duyğulanıb. Çox şoumen bir adamdır.”
Yıldırımın bu açıqlaması futbol ictimaiyyətində və sosial mediada geniş müzakirə olunub.



