Türkiyə Superliqasında çıxış edən "Eyüpspor" klubu baş məşqçisi Orhan Akla yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 46 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Orhan Akın rəhbərliyi altında  "Eyüpspor" 11 oyun keçirib. Komanda bu matçlarda 3 qələbə qazanıb, 2 heç-heçə edib və 6 dəfə məğlub olub.