"Trabzonspor" futbolçusu Burak Yılmazı cəzalandırıb.

Offsideplus.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumatına  görə, bu barədə klubun prezidenti Ahmet Ağaoğlu "NTV"yə açıqlamasında deyib. O, türk hücumçunun "Bursaspor"la matçda azarkeşlərə qarşı etdiyi hərəkət səbəbindən cəzalandırıldığını bildirib: "Burak Yılmazı 500 min türk lirəsi məbləğində cərimələdik. O, müqavilə ilə bu kluba məxsusdur. Bundan sonra baş məşqçimiz Ünal Karaman Burakın oynayıb-oynamayacağına qərar verəcək".

Qeyd edək ki, B.Yılmaz "Bursaspor"la görüşdə əvəzlənən zaman azarkeşlərin narazılığı ilə qarşılaşmışdı.Bundan sonra o, əl-qol hərəkətləri ilə tribunalara reaksiyasını göstərmişdi.