"Qalatasaray" yanvar transfer dövrü üçün böyük büdcə ayırıb.

Offsideplus.az xəbər verir ki, rəhbərliyin yanvar transfer dönəmi üçün böyük addımlar atmağa hazırlaşdığı bildirilir.

Məlumata görə, klub “Osimhen səviyyəsində” bir futbolçu transfer etməyi planlaşdırır.

Qış transferləri üçün ümumilikdə 150 milyon avro büdcə ayrıldığı qeyd olunur. Bu, son illərin ən iddialı transfer planlarından biri kimi qiymətləndirilir.