"Beşiktaş" klubunun baş məşqçisi Sergen Yalçın rəhbərlikdən "Fənərbağça"nın futbolçusu Çağlar Söyüncünün transfer edilməsini istəyib.

Offsideplus.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Ç. Söyüncü 2024-cü ilin yanvarından "Fənərbağça"da çıxış edir. O, burada 61 oyuna çıxıb və 4 qol vurub.

Qeyd edək ki, "Beşiktaş" bu yay əzəli rəqibinin digər futbolçusu Cengiz Ünderi də icarə əsasında heyətinə cəlb edib.