"Fənərbağça"nın futbolçusu Cengiz Ünder karyerasını "Beşiktaş"da davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, bu barədə "sarı-lacıvərdlilər"in mətbuat xidməti məlumat yayıb.

C. Ünder transfer olmaq hüququ ilə birlikdə icarə əsasında "Beşiktaş"a keçib.

Qeyd edək ki, türkiyəli futbolçu 2023-cü ildə "Fənərbağça"ya transfer olub. İstanbul nəhəngi onun üçün "Marsel"ə 15 milyon avro ödəyib.