Georghe Hacinin oğlu Yanis karyerasını Türkiyədə davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, 24 yaşlı futbolçu "Alanyaspor"a transfer olub. Atası da təqdimat mərasimində onu tək qoymayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Y. Haci son olaraq "Reyncers"in formasını geyinib.
Əfsanəvi George Haci isə karyerasının son 5 ilini "Qalatasaray"da keçirib. O, burada həm UEFA kubokunu, həm də Avropa Superkubokunu qazanıb.




