Bu gün Joze Mourinyo ilə yollarını ayıran "Fənərbağça" klubu portuqaliyalı mütəxəssisə böyük məbləğdə ödəyəcək.
Offsideplus.az xəbər verir ki, 62 yaşlı mütəxəssis "sarı-lacivərtlər"dən 9 milyon avro ilə ayrılır. Bu barədə türkiyəli jurnalist Yağız Sabuncuoğlu məlumat yayıb.
Bu məbləğə J.Mourinyonun məşqçi heyətinin təzminatı da əlavə ediləcək.
Qeyd edək ki, 2024-cü ilin iyul ayından "Fənərbağça"nın sükanı arxasında olan Mourinyo komandadan titulsuz ayrılıb.



