"Fənərbağça" Kerem Aktürkoğlu transferində sona yaxınlaşır.
Offsideplus.az xəbər verir ki, "sarı-lacıvərdlilər"in bu transferi bonuslarla birlikdə 25 milyon avroya bitirəcəyi gözlənilir.
Hətta Keremin artıq "Fənərbağça"nın türkiyəli futbolçulardan ibarət "WhatsAPP" qrupuna əlavə edildiyi də bildirilir.
Bu keçiddən təkcə "Benfika" yox, "Qalatasaray" da qazanacaq. "Sarı-qırmızılar" ötən il onu Lissabon nəhənginə satarkən müqaviləyə növbəti satışdan 10 faiz pay bəndi qoydurmuşdu.
İstanbul klubu onu 12 milyon avroya satmışdı. Onlar "Benfika"nın gəlirindən 10 faiz pay əldə etmək hüququna malikdir.
Bu bəndə əsasən, türkiyəli futbolçu 25 milyon avroya satılarsa, "Qalatasaray" 1.3 milyon avro gəlir əldə edəcək.



