"İnter"in hücumçusu Mehdi Taremi ilə "Botafoqo" və "Flamenqo" klubları maraqlanır.

Offsideplus.az xəbər verir ki, lakin iranlı futbolçu Braziliya klublarından gələn təklifləri rədd edib. O, Avropada qalmaq istəyir.

Bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Taremi buna görə də "Beşiktaş"ın təklifinə müsbət yanaşır.

33 yaşlı hücumçu ötən ilin yayında "İnter"ə transfer olub. O, burada əsasən vaxtını ehtiyat oyunçular skamyasında keçirir və 43 oyunda cəmi 3 qol vurub.