"Qalatasaray" Yunus Akgün və Davinson Sançeslə yeni müqavilə imzalayacaq.
Offsideplus.az xəbər verir ki, hər iki futbolçu ilə razılığa gəlinib.
D. Sançes 2023-cü ildən "Qalatasaray"da çıxış edir. Kolumbiyalı son iki mövsümdə müdafiənin dəyişilməz oyunçusuna çevrilib.
"Sarı-qırmızılar"ın yetirməsi olan Yunus Akgün 2017-ci ildən əsas komandada çıxış edir. O, burada ümumilikdə 105 oyunda 18 qol vurub və 22 məhsuldar ötürmə edib.



