Türkiyənin Fenerbahçe komandasının baş məşqçisi postuna əsas namizədlər bəlli olub.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi hazırda iki namizədi gözdən keçirir. Bunlar fransalı Loran Blan və türkiyəli Kemal Özdeşdir. Fenerbahçe-nın fransalı idman direktoru Damien Komollinin həmyerlisini komandanın sükanı arxasına gətirməkdə daha çox maraqlı olduğu bildirilir.
Daha əvvəl vətənində Bordeaux və Fransa yığmasına başçılıq edən L.Blanın son iş yeri PSG olub. 53 yaşlı mütəxəssis 2016-cı ilin iyunundan işsizdir. K.Özdeş isə Türkiyənin U-19 yığması ilə yanaşı, Konyaspor, Manisaspor, Genclərbirliyi, Balıkesirspor, Karşıyaka və Kasımpaşa-da çalışıb. 48 yaşlı mütəxəssis bu ilin yayında Ankara klubundan ayrılıb.
Qeyd edək ki, Fenrbahçe Super Liqanın X turunda Ankaragücü-nə 1:3 hesabı ilə uduzduğu oyundan sonra baş məşqçi Filip Koku ilə yollarını ayırıb. (report)