Türkiyə milli komandası və "Benfika"nın futbolçusu Kerem Aktürkoğlu karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər. 

Offsideplus.az xəbər verir ki, 26 yaşlı vinger ilə "Beşiktaş" klubu yaxından maraqlanır. 2025-26 mövsümündə Super Liqada çempionluq üçün mübarizə aparacaq komanda qurmaq istəyən "qara qartallar" daha öncə Tammi Abraham və Orkun Kökçü kimi ulduzları heyətinə cəlb edib. İstanbul təmsilçisi heyətini Kerem Aktürkoğlu ilə tamamlamağı planlaşdırır.  Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Kerem "Benfika"dan ayrılmağı düşünür. O, Avropada istədiyi təklifi almasa, "Beşiktaş"a keçməyə pozitiv yanaşır. Yaxın günlərdə Portuqaliya və Türkiyə klublarının rəhbərliyi arasında müzakirələr başlayacaq. 

Qeyd edək ki, 2024-cü ildə "Benfika"ya transfer olunan K.Aktürkoğlu 2020-2024-cü illərdə "Qalatasaray"ın formasını geyinib.