"Benfika"nın futbolçu Orkun Kökçü "Beşiktaş"a transfer olmaq üzrədir.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi 24 yaşlı yarımmüdafiəçini "qartallar"dan 25 milyon avroluq satınalma şərti ilə icarəyə götürəcək. Şərt isə Orkunun oyuna çıxmağı olacaq. O, 1 matça belə çıxsa, "Beşiktaş" bu məbləği ödəməli olacaq.

Bundan əlavə razılaşmada 5 milyon avroluq bonus da var.

Bu barədə Portuqaliyanın "A Bola" nəşri yazıb.

O. Kökçü yeni klubunda 10 nömrəli formanı tərlədəcək. O, illik 5 milyon avro məvacib qazanacaq. Müqavilənin müddəti də 5 il olacaq.