Alvaro Morata "Qalatasaray"dan ayrılmaq istəyir.
Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar"da xoşbəxt olmayan ispaniyalı hücumçu ayrılmağı ciddi şəkildə düşünür.
Bu barədə italiyalı jurnalist Daniele Lonqo məlumat yayıb.
Morata bu ilin yanvarında "Qalatasaray"a transfer olub. Onun icarə müqaviləsi gələn ilin yanvarında bitir.
İspaniyalı müqavilə ilə "Milan"a məxsusdur.