"Fənərbağça" klubu "Real Madrid"in futbolçusu Lukas Vaskeslə rəsmi danışıqlara başlayıb.
Offsideplus.az xəbər verir ki, "sarı-lacıvərdlilər"in baş məşqçisi Joze Mourinyo ispaniyalı futbolçu komandasında görmək istəyir.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Vaskesin "Real Madrid"lə müqaviləsi bu yay başa çatır. O, Klublararası dünya çempionatından sonra "kral klubu"ndan ayrılacaq.
Tərəflər razılığa gəlsə, 34 yaşlı futbolçu azad agent kimi İstanbul təmsilçisinə qoşulacaq.