"Qalatasaray" son mövsümü "Fənərbağça"da başa vuran Milan Şkrinyarla transfer etmək istəyir.
Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" slovakiyalı müdafiəçi ilə bu ilin yanvarında da maraqlansa da, o, "Fənərbağça"ya transfer olmuşdu.
"Sarı-lacıvərdlilər"də onu birdəfəlik heyətinə qatmağı planlaşdırır.
Şkrinyar müqavilə ilə PSJ-yə məxsusdur. Paris klubu onun üçün 10 milyon avro tələb edir.
Bu keçiddə əsas problem oyunçunun maaşıdır. O, PSJ-dən illik 12 milyon avro məvacib alır.
Hər iki türk nəhəngi bu maaşı ödəməyi düşünmür. O, məvacibində endirimə getməli olacaq.