"Qalatasaray" klubu sabiq futbolçusunu qaytarır.

Offsideplus.az xəbər verir ki, söhbət Ozan Kabakdan gedir. "Cim-Bom" 25 yaşlı müdafiəçi üçün "Hoffenhaym"a 5 milyon avro ödəməyə hazırdır. Almaniya klubu isə Türkiyə milli komandasının üzvü üçün ən azı 7.5 milyon avro tələb edir. Bu barədə "Milliyyet" nəşri məlumat yayıb. 

Qeyd edək ki, O.Kabak 2018-2019-cu illərdə "sarı-qırmızılar"ın formasını geyinib.