"Fənərbağça" klubu "Leyptsiq"in hücumçusu Timo Verneri transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, "sarı-lacıvərdlilər"dən başqa "Trabzonspor" da almaniyalı futbolçu ilə maraqlanır. Bundesliqa klubu onun üçün 4 milyon avro tələb edir.

Bu barədə "BILD" nəşri məlumat yayıb.

Verner 2024-cü ilin yanvarından bəri "Tottenhem"də çıxış edirdi. London klubu 29 yaşlı hücumçunun icarə müddətini uzatmayıb.