"Antalyaspor"dan ayrılan ulduz futbolçu Samuel Etonun "Konyaspor"a keçidi baş tutmayıb.
Offsideplus.az xəbər verir ki, kamerunlu forvard Super Liqa təmsilçisi "Konyaspor"la anlaşıb. Tərəflər arasında tezliklə 1,5 illik saziş bağlanarkən yaranan problem nəticəsində müqavilə imzalanmayıb. Eto 15 qol vurarsa, müqavilənin avtomatik 1 il artırılmasını istəyib. Klub isə qol sayının 20 olmasını istəyir.
Qeyd edək ki, Eto "Antalyaspor"a 2015-ci ildə "Sampdoria"da keçmişdi. Kamerun millisinin sabiq üzvü "Real" Madrid, "Malyorka", "Barcelona", "İnter", "Anji", Chelsea", "Everton" kimi klublarda çıxış edib.
goal.az