"Qalatasaray"ın qapıçısı Fernando Muslera sabah sarı-qırmızılı forma ilə son matçına çıxacaq.
Offsideplus.az xəbər verir ki, o, bunu keçirilən mətbuat konfransında açıqlayıb.
Uruqvaylı üçün "Başakşəhər"lə qarşılaşma sonuncu olacaq.
Muslera 2011-ci ildən "Qalatasaray"da çıxış edir. O, klub tarixində ən çox oyuna çıxan qapıçıdır - 550.
O, eyni zamanda Türkiyə futbol tarixində kubok sayına görə rekordçudur - 19.