Uğursuz mövsüm keçirən "Fənərbağça" bunu unutdurmaq üçün transfer çalışmalarına başlayıb.
Offsideplus.az xəbər verir ki, "sarı-lacıvərdlilər" "Mançester Siti"nin futbolçusu Ceremi Dokunu transfer etmək istəyir.
Bu barədə türkiyəli jurnalist Serdar Ali Çelikler məlumat verib.
Doku 2023-cü ilin yayından "şəhərlilər"də çıxış edir. O, cari mövsüm 37 oyunda 6 qol vurub və 9 məhsuldar ötürmə edib.
Transfermarkt portalına görə onun bazar dəyəri 55 milyon avrodur.