"Beşiktaş" yayda yeni hücumçu transfer etməyi planlaşdırır.

Offsideplus.az xəbər verir ki, "qara qartal"ın hədəfində "Everton"un hücumçusu Beto var. Baş məşqçi Ule-Qunnar Sulşer də bu keçidə razılıq verib.

Bu barədə Türkiyənin "Sabah" nəşri məlumat yayıb.

Beto 2023-cü ilin yayından "Everton"da çıxış edir. O, cari mövsüm Premyer Liqada 28 oyunda 8 qol vurmağı bacarıb.

Transfermarkt portalına görə onun bazar dəyəri 20 milyon avrodur.