Super Liqa klubu "Qaziantepspor"un baş məşqçisi Selçuk İnan istefa verib.
Offsideplus.az xəbər verir ki, gənc mütəxəssis dünən keçirilən "Alanyaspor"la matçdan sonra özü bu qərarını açıqlayıb.
S. İnan 2024-cü ilin martından bəri Anadolu klubunu çalışdırırdı. Onun komandası hazırda 42 xalla Super Liqada 12-ci yeri tutur.