İstanbulun "Qalatasaray" klubunun rəhbərliyi Viktor Osimhenin transfer hüquqlarına sahib çıxmaq istəyir.

Offsideplus.az xəbər verir ki, bununla bağlı klubun İdarə Heyətinin üzvü Rasim Zaimoğludan maraqlı təklif gəlib. O, nigeriyalı hücumçunun komandada qalması üçün kampaniya başlatmağı məsləhət görüb.

"Qalatasaray"ın 35 milyon azarkeşi olduğunu bildirən Zaimoğlu pul toplamağı zəruri sayıb: "Hər kəs 1 dollar ödəsə, 35 milyon dollar yığarıq. 2 dollardan toplasaq 70 milyon dollar olacaq. Dostlar, kampaniyaya başlayaq! Adambaşına 100 min dollar verə biləcək azarkeşlərimiz var".

Qeyd edək ki, Osimhen "Cim Bom"a ötən ilin yayında İtaliyanın "Napoli" klubundan icarə əsasında keçib. Onun transfer hüquqlarına yiyələnmək üçün 75 milyon avro tələb olunur.