Türkiyə millisinin sabiq futbolçusu Nihat Kahveci "Qalatasaray" - "Kasımpaşa" matçı haqqında fikirlərini səsləndirib.
Offsideplus.az xəbər verir ki, türkiyəli veteran futbolçu İstanbul nəhənginin performansını bəyənmədiyini deyib. O, Osimhenin komandaya olan təsirindən də danışıb. Kahveci bunları deyib:
"Bu gün məğlub olmadılar, amma bu heç-heçələr məğlubiyyət kimi hiss olunur. Düşünürəm ki, "Qalatasaray" azarkeşləri hazırda inanılmaz dərəcədə əsəbidir. Allaha şükürlər olsun ki, transferin son günündə Osimheni aldılar. Yoxsa "Qalatasaray" bu oyunla çətin ki ilk "10-luq"da yer alardı".