Türkiyə Superliqasının əzəli rəqibləri "Qalatasaray" və "Fənərbağça" yay transfer dönəmində heyətə ulduz futbolçu qatmaq niyyətindədir.

Offsideplus.az xəbər verir ki, hər iki komanda mövsümün sonunda radikal dəyişikliyə əl atacaq "Mançester Siti"dən oyunçu almağı planlaşdırır.

Belə ki, "Cim Bom" yarımmüdafiəçi İlkay Gündoğanla yaxından maraqlanır. İngiltərə mətbuatının yazığına görə, yayda transferin gerçəkləşməsi üçün "Mançester Siti" rəhbərliyi qarşı tərəfə əngəl törətməyəcək. 34 yaşlı yarımmüdafiəçinin transfer dəyəri 10 ilyon avro qiymətləndirilir. Mançesterlilər karyersını başa vurduqdan sonra İlkay Gündoğanı geriə çağıraraq, texniki heyətdə işlə təmin etmək fikrindədirlər.

"Fənərbağça" isə "şəhərlilər"in digər ulduz futbolçusu Mateo Kovaçiçi  gözaltı edib. Daha doğrusu, baş məşqçi Joze Mourinyo hələ "Mançester Yunayted"də çalışarkən, xorvat yarımmüdafiəçini komandasına cəlb etməyə çalışıb. Təcrübəli mütəxəssis Kovaçiçin "Mançester Siti"ni tərk etmək ehtmalının böyük olduğunu nəzərə alaraq, arzusunu gec də olsa gerçəkləşdirmək istəyir.