İstanbulun İcra Başçısı Davut Gül, “Qalatasaray”-“Fənərbağça” qarşılaşmasında stadion təhlükəsizliyini və tribunalardakı qaydaları pozan, məşəl yandıraraq meydana atan, stadion daxilində və xaricində qalmaqal yaradan 71 nəfər barəsində tədbir görüldüyünü bildirib.
Offsideplus.az xəbər verir ki, Gül sosial media hesabında paylaşım edərək aşağıdakı ifadələri işlədib:
““Qalatasaray”-“Fənərbağça” qarşılaşmasında stadion təhlükəsizliyini və tribunalardakı qaydaları pozan, məşəl yandıraraq meydana atan, stadion daxilində və xaricində qalmaqal yaradan ümumilikdə 71 nəfər barəsində tədbir görülmüşdür. İdmanın centlmenlik, dostluq və fair-play ruhuna uyğun şəkildə keçirilməli olduğunu bir daha xatırladır, stadionlarda asayişi pozan hər cür davranışa qarşı qətiyyətlə mübarizə aparacağımızı bir daha bəyan etmək istəyirəm.”