"Fənərbağça"da zədəlilərin son vəziyyətinə aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, qapıçı Dominik Livakoviç sağalaraq komanda ilə birlikdə məşqlərə qolulub. Çağlar Söyüncü və Aleksander Ciku hələ ki fərdi şəkildə hazırlıqlarını davam etdirir.
İsmail Yüksek ilə Dieqo Karlos zədə səbəbindən məşqlərdən tamamilə kənar qalıb. Allan Sent-Maksimin də infeksiya səbəbindən idmana qatılmayıb.