“Beşiktaş”ın müdafiəçisi Qabriel Paulista zədəsini sağaldıb və komandaya qayıtmağa hazırlaşır.

Offsideplus.az xəbər verir ki, braziliyalı futbolçu son məşqlərdə komanda ilə birlikdə çalışıb və yaxın günlərdə meydana çıxması gözlənilir.

Baş məşqçi Sulşer Paulistanın dönüşünün komanda üçün vacib olduğunu bildirib. Müdafiə xəttində yaşanan problemlər səbəbindən onun qayıdışı “Beşiktaş” üçün böyük üstünlük olacaq.