Türkiyə Super Liqasında 24-cü turun oyunları davam edir.
Offsideplus.az xəbər verir ki, turun mərkəzi görüşü İstanbulda baş tutub. "Beşiktaş" "Trabzonspor"la qarşılaşıb. Matçda geri düşən "qara qartal"lar, ikinci hissədə oyunu öz xeyirlərinə dəyişə biliblər. Bu görüşdən sonra "ağ-qaralar" 38 xalla 5-ci yerdə qərarlaşıb. Qaradəniz təmsilçisinin isə, aktivində 29 xalı var. Onlar, 9-cu yerdə qərarlaşıblar.
Matçda vurulan qolları təqdim edirik:



