“Fənərbağça” klubu gənc müdafiəçi Luka Mimoviçi Rusiya Premyer Liqası təmsilçisi “Zenit”ə 1,5 illik icarəyə verib.
Offsideplus.az xəbər verir ki, bu müddət ərzində futbolçunun inkişafı diqqətlə izlənəcək və gələcək planlar buna uyğun olaraq müəyyən ediləcək. Luka Mimoviç 2023-cü ildə “Fənərbağça”ya transfer olunub və əsasən ehtiyat heyətdə yer alırdı.
Qeyd edək ki, Luka Mimoviç Monteneqro milli komandasının da üzvüdür.